• $
  • €
  • ₽
  • ₺
  • £

İran ABŞ-dakı yəhudi təşkilatları və erməni lobbisi ilə əlaqə qurmaq istəyir

İran ABŞ-dakı yəhudi təşkilatları və erməni lobbisi ilə əlaqə qurmaq istəyir
05.10.2021 19:51
Məlumatlı mənbələrdən verilən informasiyalara görə, Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuns postuna təyin ediləndən az sonra İranın Ermənistandakı səfiri Abbas Zohuri onunla görüşmək istədiyini deyib.
"Qafqazinfo" milli.az-a istinadən xəbər verir ki, Makuns istəyə müsbət cavab verib, görüş baş tutub.

Görüş əsnasında A.Zohuri Makunsdan xahiş edib ki, İranın maraqlarının ABŞ-da təmin olunması üçün erməni lobbisinin köməyinə şərait yaradılsın.

İranlı diplomat işarə vurub ki, 44 günlük İkinci Qarabağ Müharibəsində İranın Ermənistana verdiyi dəstəyin müqabilində rəsmi Tehran Birləşmiş Ştatlarda güclü olan erməni lobbisinin yardımlarına və dəstəyinə bel bağlayır.

İranın əsas məqsədi Konqresdə dayaqlara malik olmaq, sonra Ağ Evə müəyyən təsir imkanlarına yiyələnmək və bu minvalla da ABŞ-ın İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların yumşalmasına nail olmaqdır.
Sözügedən məsələdə ABŞ Konqresinin Nümayəndələr Palatasındakı bir sıra ermənipərəst konqresmenlər "resursları paylaşmağa" və Tehranın maraqlarının lobbiçiliyi ilə məşğul olmağa razılaşıblar.

Lakin A.Zohuri ilə ikinci görüşdə Ermənistanın ABŞ-dakı yeni səfiri L.Makuns çox naşı davranıb.

Belə ki, Abbas Zohuri L.Makunsdan ABŞ-dakı erməni lobbi təşkilatları ilə yanaşı, yəhudi qurumları ilə əlaqə yaradılmasında kömək göstərilməsini istəyib.

Bu məsələdə də rəsmi Tehran erməni lobbiçilərə və onların dəstəyinə bel bağlayırdı.

Abbas Zohuri görüşdə bildirib ki, İran tərəfi danışıqlara heyət ayırmağa və Birləşmiş Ştatlardakı yəhudi təşkilatların nümayəndələri ilə sadəcə, Vaşinqtonda yox, İrəvanda, hətta üçüncü ölkədə görüşməyə hazırdır. Fəqət, bu görüş Ermənistanın vasitəçiliyi ilə olmalıdır.

Lakin "sövdələşmə" baş tutmayıb.
ABŞ-dakı yəhudi təşkilatları belə təmaslardan qətiyyətlə imtina edərək ermənilərlə İrana rədd cavabı veriblər.
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol