Ermənistanın səhiyyə naziri: "Ölkə üzrə peyvəndlənmə çox aşağı səviyyədədir"

Ermənistanda ümumi əhalinin 14 faizi COVID-19-a qarşı vaksinasiya olunub.
Bunu Ermənistanın səhiyyə naziri Anait Avanesyan oktyabrın 7-də hökumətin iclasından sonra keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Ermənistan əhalisinin 14 faizi bir və ya iki dozanı qəbul edib. Nazir bu göstəricinin çox aşağı olduğunu etiraf edib.
www.anews.az
























