Gürcüstanda növbəti aksiyanın anonsu verildi

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin azad olunması tələbi ilə oktyabrın 10-da yerli vaxtla saat 17:00-da Tbilisidə Rustaveli prospektində aksiya keçiriləcək.
"Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki, bu barədə "Qanun və ədalət” müxalifət partiyasının rəhbəri, millət vəkili Tako Çarkviani bildirib.
Çarkvianinin sözlərinə görə, etiraz aksiyası hökumətə xəbərdarlıq xarakteri daşıyacaq. Daha sonra etirazçılar növbədənkənar seçkilərin keçirilməsini tələb edəcəklər.
www.anews.az
























