Batumidə binanın çökməsi nəticəsində ölənlərin sayı artdı

Gürcüstanın Batumi şəhərində yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 5-ə çatıb, bu barədə "Sputnik Gürcüstan” xəbər verir.
Ölənlərdən biri uşaqdır. Xilas edilən və xəstəxanaya yerləşdirilən 2 nəfərin vəziyyəti ağırdır.
Dağıntılar altında daha bir neçə nəfərin olduğu bildirilir.
www.anews.az
























