Bu cəza metodunun ləğvi üçün tədbir keçiriləcək

Fransa hökuməti dünya boyu edam cəzasına qadağa qoyulmasına dair gələn ilin birinci yarısında beynəlxalq konfrans keçirmək niyyətindədir.
Bunu Fransada edam cəzasının ləğv olunmasının 40 illiyi münasibətilə nitq söyləyən prezident Emanuel Makron bildirib.
"Fransanın Aİ sədrliyi çərçivəsində Parisdə konfrans keçirəcəyik. Məqsədimiz edam cəzasının hələ də qüvvədə olduğu ölkələrin hökumətlərini bu rüsvayçılıqdan əl çəkdirməkdir” – deyə dövlət başçısı vurğulayıb.
www.anews.az
























