Çexiyanın Baş naziri parlament seçkilərində məğlub olduğunu etiraf edib

Çexiyanın Baş naziri Andrey Babiş ölkə parlamentinə seçkilərdə rəhbəri olduğu ANO hərəkatının məğlubiyyətini etiraf edib.
Bu barədə "Report” xarici mətbuata istinadən xəbər verir.
Babişin sözlərinə görə, hərəkata qarşı çıxan beş partiyanın məqsədi onu sarsıtmaq, zərbə vurmaq olub.
Artıq parlament seçkilərində seçki məntəqələrinin 99%-də bülletenlər hesablanıb. Çexiya Mərkəzi Statistika İdarəsi məlumatına görə, üç müxalif liberal partiyadan ibarət koalisiya bülletenlərin hesablanmasından sonra lider olub.
Bunun ardınca Pirat Partiyasını və "Başlar və Müstəqillər" hərəkatını birləşdirən başqa bir liberal koalisiya (15.4 faiz) yer tutub.
www.anews.az
























