Boliviyada səhiyyə işçilərini daşıyan yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. "Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Pando departamentində baş vermiş qəza nəticəsində 2-si pilot olmaqla 6 nəfər həlak olub. Təyyarə Riberaltadan Kobihaya uçurmuş. Boliviya Prezidenti Luis Arse qəzanın səbəblərinin araşdırılması ilə bağlı göstəriş verib.www.anews.az