Pakistanın nüvə proqramının rəhbəri vəfat edib

Pakistanın nüvə fizikası üzrə alimi, ölkənin nüvə proqramının rəhbəri Əbdül Qadir Xan 86 yaşında dünyasını dəyişib.
"Report” xəbər verir ki, bu barədə "Ary News” telekanalı Xanın ailəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, alimin ölümünə səbəb koronavirusa yoluxduqdan sonra yaranan ağır xəstəlik olub. Mərhumun şərəfinə bir neçə anım tədbiri keçiriləcək.
Pakistanda nüvə proqramının inkişafı 1956 -cı ildə Pakistan Atom Enerjisi Komissiyasının yaradılması ilə başlayıb.
www.anews.az
























