Ermənistanda nazirlik rəsmisi hərbi hissəni satıb

Ermənistan Müdafiə Nazirliyinin vəzifəli şəxsi Lori vilayətinin Stepanavan rayonunda hərbi hissənin ərazisini satıb.
"Qafqazinfo” vestikavkaza.ru-ya istinadən xəbər verir ki, şübhəli şəxs vəzifə səlahiyyətlərindən istifadə edərək 2008-ci ilin martında keçmiş hərbi hissənin 6 hektardan çox ərazisini "xüsusi təyinatlı torpaqlar" adı ilə 58 milyon drama (təxminən 126 min dollar) satıb.
Ümumilikdə hər iki dələduzluq faktı üzrə dövlətə 122 milyon dramadək (təxminən 250 min dollar) ziyan dəyib.
www.anews.az
























