Livanda matəm elan olundu

Livanda 15 oktyabr matəm günü elan edilib.
"Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu qərar baş nazir Nəcib Mikati tərəfindən Beyrutda baş vermiş silahlı insidentdən sonra verilib. Həmin gün bütün dövlət idarələri, o cümlədən məktəblər bağlanacaq.
Xatırladaq ki, bu gün Beyrutda 2020-ci ildə dəniz limanında baş vermiş partlayışla əlaqədar istintaqdan narazı olan şiə partiyaları hakim Tarek Bitarın işdən çıxarılması tələbi ilə aksiya keçirib. Aksiya iştirakçıları silahlardan atəşə tutulub və nəticədə 6 nəfər ölüb, 60-dan çox nümayişçi yaralanıb.
www.anews.az
























