Bu ölkədə turistlərin olduğu qayıq aşıb, ölənlər var

Braziliyanın cənub-qərbində Paraqvay çayında turistlərin olduğu qayıq aşıb.
Bu barədə "G1" xəbər portalı məlumat yayıb.
Qəza nəticəsində azı 6 nəfər ölüb, 1 nəfər itkin düşüb, 14 nəfər isə xilas edilib.
Ümumilikdə 21 nəfərin olduğu qayığın güclü külək səbəbindən aşdığı bildirilir.
Hadisə turistlərin balıq tutmaqdan qayıtdığı vaxt baş verib.
www.anews.az
























