Çində balıqçı gəmisi batıb, itkin düşənlər var

Çinin şərq sahillərində balıqçı gəmisi batıb.
"Report" xəbər verir ki, bu barədə "Pengpai" informasiya portalı məlumat yayıb.
Hadisə gecə saatlarında Şərqi Çin dənizindəki Yantszı çayından 120 dəniz mili şimal-şərqdə baş verib. Həmin vaxt gəmidə 13 nəfər olub, onlardan ikisi xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb, qalanları isə hələ də itkin sayılır.
www.anews.az
























