Rusiyada robotlar restoranlar, hava limanları və məktəblərdə işə götürüləcək

Moskvada, eləcə də Sankt-Peterburq və Perm şəhərlərindəki restoranlar koronavirusa qarşı peyvənd edilmiş QR kodlarını və ondan sağalanları yoxlamaq üçün robotları işə götürəcək, bu barədə "Promobot” şirkətindən "RİA Novosti”yə bildirilib.
"Rusiyanın xidməti robotların istehsalçısı olan "Promobot” şirkəti restoranlarda və ictimai yerlərdə QR kodlarını yoxlamaq üçün ilk robotu təqdim edib. Robot binanın girişində hərəkət edə və müştərilərlə ünsiyyət qura bilir", - xəbərdə deyilir.
"Bu funksiyaya sahib robotlar tezliklə Moskva, Sankt-Peterburq və Permdəki restoranlarda olacaq". Belə ki, paytaxtda bu cür işçiləri "The toy” italyan restoranı, Sankt-Peterburqdakı "Qusi” şəbəkəsi və Permdəki "Amber” restoranı əldə edəcək.
www.anews.az
























