Ermənistanda siyasi xadimlər İstintaq Komitəsinə çağırıldı

Ermənistanda bir neçə siyasi və ictimai xadim ölkənin İstintaq Komitəsinə çağırılıb.
Sözügedən şəxslər yanvarın 28-i mitinq zamanı dövlət binalarını ələ keçirməklə bağlı başladılan cinayət işi çərçivəsində İstintaq Komitəsinə çağırılıblar. Qeyd olunur ki, burada söhbət 2020-ci il noyabrın 9-u Qarabağla bağlı imzalanan üçtərəfli bəyanata qarşı təşkil olunan etiraz aksiyalarından gedir.
Araqaç Axonyanın sözlərinə görə, İstintaq Komitəsi həmin şəxslərə qarşı hakimiyyəti ələ keçirmək maddəsi ilə yeni ittiham irəli sürmək niyyətindədir.
www.anews.az
























