Rusiya hər il 15 milyard dollarlıq silah satır

Rusiyanın hərbi məhsul ixracının həcmi hər il sabit səviyyədə - 15 milyard dollar həcmində qalır və dövlət bu həcmi qoruyub saxlayacaq.
Bunu Rusiya Baş nazirin müavini Yuri Borisov Federasiya Şurasında çıxışında bildirib.
"Hərbi-texniki əməkdaşlıqda əsas tərəfdaşlarımız olan ölkələrin ABŞ-ın çox güclü təzyiqi altında olmasına baxmayaraq, hərbi məhsul ixrac edən dövlətlər sırasında 2-ci yeri tutmağa davam edirik", - deyə Rusiya hökumətinin hərbi texniki sənayedən məsul naziri vurğulayıb.
www.anews.az
























