BMT qərargahının qarşısına qoyulan qutudan çıxanlar təəccübləndirdi
22.10.2021 23:41
BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı şübhəli qutu səbəbindən mühasirəyə alınıb.
"Qafqazinfo” "RİA Novosti”yə istinadən xəbər verir ki, əraziyə minatəmizləyənlər cəlb olunsa da, qutu təhlükəsiz çıxıb. Belə ki, binanın qarşısına qoyulan qutudan ətir və gül çıxıb.
Hazırda mənzil-qərargah istiqamətində nəqliyyatın hərəkəti bərpa olunub.