Özbəkistanda prezident seçkiləri başa çatıb

Özbəkistanda keçirilən prezident seçkilərində səsvermə başa çatıb.
Özbəkistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 17:00-dək seçicilərin 71,8 faizi, yəni 14 milyon 258 min nəfər səsvermədə iştirak edib. Seçkilərin ilkin yekun nəticələri oktyabrın 25-də açıqlanacaq.
Xatırladaq ki, Özbəkistanda prezident seçkiləri beş ildən bir keçirilir.
www.anews.az
"Qafqazinfo” xəbər verir ki, seçki məntəqələri yeri vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 19:00) bağlanıb.
Prezident seçkilərində beş namizəd -Özbəkistan Liberal-Demokrat Partiyasından hazırkı Prezident Şavkat Mirziyoyev, Milli Dirçəliş Demokratik Partiyasından Əlişir Kadırov, Ekologiya Partiyasından Narzulla Oblomuradov, "Ədalət” Sosial-Demokrat Partiyasından Baxrom Abduxalimov və Xalq-Demokratik Partiyasından Maqsuda Vorisova mübarizə aparır. Ekspertlərin fikrincə, qələbəyə ən real namizəd Şavkat Mirziyoyevdir.
Seçkiləri beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, UNESCO, Şanxay Əməkdaşlıq Təşkilatı, habelə 41 ölkədən olan 268 nümayəndə izləyib. Müşahidəçilər sırasında Milli Məclisi sədrinin müavini Fəzail İbrahimlinin başçılığı ilə Azərbaycan parlamentin nümayəndə heyəti də var.
www.anews.az
























