• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ölkə gələn ilin birinci yarısında kütləvi aclıqla üzləşə bilər-BMT-dən AÇIQLAMA

Bu ölkə gələn ilin birinci yarısında kütləvi aclıqla üzləşə bilər-BMT-dən AÇIQLAMA
26.10.2021 17:30
"Beynəlxalq birlik tərəfindən yaxın vaxtlar lazımi yardım olmasa, Yəmən gələn ilin birinci yarısında kütləvi aclıqla üzləşə bilər".

Bunu BMT nəzdində Dünya Ərzaq Proqramının icraçı direktoru David Besli (David Beasly) Dubayda bildirib.

Onun sözlərinə görə, 7 ildir davam edən müharibə üzündən artıq aclıqla üz-üzə gələn ölkə üçün 2022-ci ilin birinci yarısı "amansız” olacaq.
"Bir neçə həftə sonra vəsaitimiz tükənəcək. Hazırkı mərhələdə böyük həcmdə əlavə ianələr gəlməsə, aclıqdan necə yayına biləcəyimizi görə bilmirəm”, – proqram rəhbəri vurğulayıb.

Qonşu Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya ilə yerli Husi qiyamçıları arasında mübarizənin getdiyi Yəməndə dünyanın ən böyük humanitar böhranı baş verib. Belə ki, iqtisadiyyatın məhv olması, həmçinin husilər tərəfindən nəzarət olunan bölgələrə idxal əməliyyatlarına koalisiyanın törətdiyi əngəllər üzündən ölkə boyu 16 milyon sakin aclıqla üz-üzə qalıb.
Dünya Ərzaq Proqramı tərəfindən ötən ay dərc edilmiş hesabata görə, Yəməndə 21 milyonadək sakin, yəni əhalinin 70 faizi təcili humanitar yardıma möhtacdır, 47 min nəfər isə aclığın astanasındadır. Ötən ay 11,4 milyon sakinə yardım göstərdiklərini bildirən təşkilat qarşıdakı 6 ay ərzində bu işləri davam etdirmək üçün 796 milyon dollar vəsaitə ehtiyac olduğunu diqqətə çatdırıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol