• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlıların xilas etdiyi turaclar Tbilisi zooparkına verilib

Azərbaycanlıların xilas etdiyi turaclar Tbilisi zooparkına verilib
26.10.2021 23:00
Tbilisi zooparkında turac quşları peyda olub.

Onların heyvanxanada sığınacaq tapmaları soydaşlarımızın xeyirxahlığı ilə bağlıdır.
Zooparkın yaydığı məlumata əsasən, 3 ədəd cücə iyul ayında Saqareco rayonunun azərbaycanlılar yaşayan Yormuğanlı kəndində sahədə ot biçini zamanı aşkarlanıb. Ana turac sahədə görünməyib, bala quşlar pişiklərə yem olmasın deyə onları tapan şəxslər cücələri heyvanxanaya aparıblar.

Turac balaları artıq üç aydır Tbilisi heyvanat parkının sakinləridir. Zooparkdan bildirilib ki, turacın Gürcüstan ərazisində dar arealı var. Nadir quşlara az sayda yalnız Azərbaycanla sərhəd yaxınlığında İori çayının aşağı axarında rast gəlmək mümkündür.
Heyvanat parkı turacların sayını artırmaq niyyətindədir.
"Gələcəkdə onları çoxaltmağa çalışmaq istəyirik və əgər alınarsa, bu, uğur hekayəsi olacaq”, - zooparkın məlumatında deyilir.
Turac quşu Azərbaycanın "Qırmızı Kitabı”na daxil edilib, ovlanması qadağandır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol