ABŞ-da ilk dəfə “X” möhürlü pasport verildi

2022-ci ildən başlayaraq ABŞ-da bütün müraciət edənlər "X” möhürü olan üçüncü cins pasportu ala biləcəklər.
"Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays bildirib.
Onun sözlərinə görə, departament cinsindən asılı olmayaraq bütün pasport sahiblərinin ən rahat səyahətini təmin etmək üçün ABŞ-ın digər dövlət qurumları ilə sıx əməkdaşlığı davam etdirir.
Bu gün üçüncü cins artıq bir sıra dövlətlərin, o cümlədən Avstraliya, Hindistan, Kanada, Malta, Nepal və Yeni Zelandiyanın pasportlarında göstərilir.
www.anews.az
























