COVID-19 səbəbilə Moskvada məhdudiyyətlər tətbiq olunur

Rusiyanın paytaxtı Moskvada koronavirus epidemiyası ilə əlaqədar bu gündən məhdudiyyətlər tətbiq olunacaq.
Anews.az xəbər verir ki, bəzi sahələri əhatə edən qapanmalar noyabrın 7-dək qüvvədə olacaq. Bu prosesdə Moskva sakinləri onlayn alış-veriş edə biləcəklər. Dərman və qida sahəsi istisna olmaqla, şəhərdəki bütün ticarət obyektləri fəaliyyətini dayandırır. Həmçinin, ictimai xidmət göstərən dövlət qurumları da bu müddətdə fəaliyyət göstərməyəcəklər.
www.anews.az
























