• $
  • €
  • ₽
  • ₺
  • £

“Dövlət çevrilişi ilə bağlı planlar olub” - Gürcüstan DTX

“Dövlət çevrilişi ilə bağlı planlar olub” - Gürcüstan DTX
29.10.2021 20:50
Gürcüstanda dövlət çevrilişinə cəhdlə bağlı planlar olub.

"Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Bildirilir ki, sabiq prezident Mixail Saakaşvilinin Rustavi həbsxanasından başqa həbsxanaya və ya xəstəxanaya aparılması zamanı ayrı-ayrı şəxslər iğtişaşlar planlaşdırıb: 

"Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti dövlət hakimiyyətini devirmək və zəbt etmək məqsədi ilə iğtişaş faktını araşdırır... İstintaq zamanı əldə edilmiş sübutlara əsasən, bu işdə iştirak edən şəxslərin hansısa dağıdıcı hərəkətlər planlaşdırdığı müəyyən edilib. Xüsusilə, onlar məhkum Mixail Saakaşvilinin 8 saylı Qldanskaya həbsxanasına köçürülməsinin qarşısını almağı planlaşdırıblar. Bu məqsədlə həmin şəxslər bu quruma gedən yolları bağlamağı və bununla da idarəolunmaz vəziyyət, xaos yaratmağı və Mixail Saakaşvilinin transferinin qarşısını almağı planlaşdırıblar”. 
Məlumata görə, əsas müxalifət partiyası olan Vahid Milli Hərəkatın üzvü Beso Tserediani və başqalarının Saakaşvilini həbsxana klinikasına apararkən yolları bağlamaq planını müzakirə edərkən qeydə alınmış səs yazısı sübut kimi götürülüb. 

Cinayət Məcəlləsinin 315-ci maddəsinin birinci hissəsi - "Gürcüstanda konstitusiya quruluşunu zorla dəyişdirmək, dövlət hakimiyyətini devirmək və ya ələ keçirmək məqsədilə hərəkətlər” maddəsi üzrə cinayət işi başlanıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol