Gürcüstanda seçkilərin ikinci turu keçirilir

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci turu başlayıb.
Anews.az "Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, seçki zamanı 20 şəhər və rayona mer seçiləcək.
Məlumata əsasən, seçki məntəqələri Tbilisi vaxtı ilə 08:00-da açılıb. Bildirilir ki, seçkilərin ikinci turu üçün 1830 seçki məntəqəsi açılıb. Bununla yanaşı, həbsxanalarda 6 seçki məntəqəsi və COVID mərkəzlərdə, karantin və özünütəcrid zonalarında yerləşən seçicilərin səs verməsi üçün 29 xüsusi seçki məntəqəsi yaradılıb.
Əksər şəhər və rayonlarda sakinlər merləri hakim "Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası ilə Mixail Saakaşvilinin təsis etdiyi müxalifət "Vahid Milli Hərəkat” partiyalarının nümayəndələri arasından seçməlidirlər.
www.anews.az
























