Ərdoğan Baydenin F-16-lar mövzusuna necə yanaşdığını açıqladı

"Co Baydenlə görüşümüz dar çərçivədə oldu. Ancaq iqtisadi əlaqələrdə qarşılıqlı olaraq Xəzinə, Maliyyə nazirliklərimizin, o cümlədən xarici işlər nazirlərimizin bir-biri ilə sıx təmasda olmalarının vacibliyini vurğuladıq”.
"F-35-dən qaynaqlanan 1,4 milyard dollarlıq ödənişimiz vardı və bu prosesi necə yaxşı bir mövqeyə daşıya biləcəyimizə diqqət ayırdıq. Daha çox F-16-lar gündəmə gəldi. Əlimizdəkilərin modernizasiyası və yeni F-16-ların verilməsi gündəmdə oldu. Müdafiə nazirlərimiz prosesi izləyirlər. Baydenin də müsbət yanaşmasını gördüm”.
www.anews.az
























