Rusiya ASALA və “Daşnaksütyun”la əlaqəsi olanları ölkəyə buraxmayacaq

ASALA terror təşkilatı və "Daşnaksütyun" partiyasının silahlı qanadı ilə əlaqələri olanların Rusiyaya girişi qadağan edilib.
"Qafqazinfo” xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko Teleqram kanalında yazıb.
"Haqqında ASALA terror təşkilatına və "Daşnaksütyun” partiyasının silahlı qoluna mənsub olmaları barədə məlumatlar olan Ermənistan vətəndaşlarının Rusiya Federasiyası ərazisinə buraxılmasına icazə verilmir”.
"Daşnaksütyun” partiyası 1890-cı ildə Tiflisdə yaradılıb. Partiya Türkiyədən qondarma erməni soyqırımını tanımağı, ermənilərə təzminat ödəməyi və Türkiyənin şərqində 7 vilayəti Ermənistana verməyi tələb edir. Azərbaycana qarşı isə ərazi iddiaları dava edir, işğal olunmuş ərazilərdən savayı daşnaklar keçmiş Şaumyan rayonunun (Goranboy rayonunun cənub hissəsi) ərazisinə və Naxçıvan Muxtar Respublikasının ərazilərinə iddialıdırlar.
www.anews.az
























