Gürcüstanda müxalif deputatlar mandatlarından imtina edirlər

Gürcüstanın müxalif "Qirçi-daha çox azadlıq” partiyasının sədri Zurab Caparidze deputat mandatından imtina edib.
"Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki, Caparidze jurnalistlərə açıqlamasında deyib:
Bundan əvvəl "Vahid milli hərəkat” partiyasının üzvü Nonna Mamulaşvili də deputat mandatından imtina edib. "Lelo” partiyasının sədri Mamuka Xazaradze də bu addımı atacağını bəyan etmişdi.
Hazırda həbsdə olan eks-prezident Mixail Saakaşvili müxalifəti Xazaradzeni nümunə götürərək deputat mandatından imtina etməyə və parlamentdən getməyə çağırıb.
www.anews.az
























