“62 jurnalist vəzifə başında öldürülüb” - BMT

"Yanlışları araşdıran və doğruları söyləyən jurnalistlər olmadan heç bir cəmiyyət azad ola bilməz”.
"Qafqazinfo” xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş yayımladığı videomüraciətdə deyib.
"Keçən il 62 jurnalist vəzifə başında öldürülüb. Son illərdə korrupsiya və insan hüquqları pozuntularını araşdırarkən öldürülən jurnalistlərin sayı artıb”.
O əlavə edib ki, jurnalistlərə qarşı törədilən hər 10 cinayətdən doqquzu cəzasız qalır.
www.anews.az
























