• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada təyyarə qəzasında ölənlərin sayı artdı - Yenilənib+Video

Rusiyada təyyarə qəzasında ölənlərin sayı artdı - Yenilənib+Video
03.11.2021 19:28
Rusiyada "An-12” tipli nəqliyyat təyyarəsi radarlardan itib.
"Qafqazinfo” "RİA Novosti”yə istinadən xəbər verir ki, təyyarə Yakutskdan İrkutska uçuş həyata keçirərkən radarlardan itib.
Fövqəladə Hallar Nazirliyi təyyarənin eniş zamanı itdiyini təsdiqləyib. Məlumata görə, təyyarənin göyərtəsində 8 nəfər var.

***
Sibir avia-axtarış xilasetmə mərkəzinin verdiyi məlumata görə, təyyarə İrkutskda qəzaya düşüb. 
İlkin məlumatlara görə, təyyarə Pivovarixa kəndində aerodromun yaxınlığında qəzaya düşüb. FHN-in məlumatına görə isə, təyyarə qəzaya uğrayarkən yanıb. Hadisə yerinə yanğınsöndürən və xilasedici bölmələri göndərilib.
***
"RİA Novosti”nin məlumatına görə, qəza zamanı 2 nəfər həlak olub. 5 nəfərin isə taleyi hələ məlum deyil. Təyyarənin məhsul daşıdığı bildirilir. 
***
"TASS”ın məlumatına görə, qəza nəticəsində həlak olanların 5-nin cəsədi aşkar olunub. Bildirilir ki, təyyarənin göyərtəsində olan hər kəs həlak olub. Digərlərinin cəsədlərinin axtarışı davam etdirilir.
FHN-in məlumatına görə, təyyarənin göyərtəsində 8 deyil, 7 nəfər olub. Göyərtədə yalnızca ekipaj üzvlərinin olduğu qeyd olunur.
***
Təyyarənin qəzaya düşdüyü yerdə 6 nəfərin cəsədi, 7-ci nəfərin isə qalıqları tapılıb. Bu barədə Fövqəladə Hallar Xidmətinin nümayəndəsi "RİA Novosti"yə açıqlamasında bildirib. 
 

 

 
 
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol