Saakaşvili əfv oluna bilərmi? - Prezidentdən açıqlama

Gürcüstan Prezidenti Salome Zurabişvili həbsdə olan eks-prezident Mixail Saakaşvilinin əfv edilməsi ilə bağlı mövqeyini açıqlayıb.
"Keçmiş prezidentin əfv olunması ilə bağlı mövqeyim qəti və dəyişməzdir – yox və heç vaxt. Keçmiş prezident nə siyasi məhbusdur, nə də günahsız qurbandır. O, ölkəyə qanunsuz daxil olmuş məhkumdur. Onun ölkəyə gəlməsində məqsəd sabitliyi pozmaq olub”, - deyə Zurabişvili brifinq zamanı deyib.
Onun sözlərinə görə, Saakaşvilini xüsusi məhbus hesab etmək lazımdır və bu da peninetsiar xidmətdən, hökumətdən xüsusi diqqət tələb edir.
www.anews.az
























