Rusiyada təyyarə qəzasında ölənlərdən ikisi vəzifəli şəxsdir

Rusiyanın İrkutsk vilayətində "An-12” yük təyyarəsinin qəzaya uğraması nəticəsində "Zapolyar” aviasiya nəqliyyat şirkətinin baş direktoru Yuri Volodin və birinci müavini Oleq Vişnev də ölüb.
RİA Novosti xəbər verir ki, bunu İrkutsk vilayətinin qubernatoru İqor Kobzev bildirib.
Noyabrın 3-də Rusiyanın İrkutsk vilayəti yaxınlığında göyərtəsində 9 nəfər olan "An-12” təyyarəsi qəzaya uğrayıb.
Məlumata görə, 7 nəfərin meyiti aşkar edilib.
Təyyarə İrkutsk şəhərindən 7 kilometr aralıda yerləşən Povovarixa yaşayış məntəqəsində qəzaya düşüb.
Bildirilib ki, təyyarə Yakutskdan İrkutska uçurmuş.
www.anews.az