Özbəkistan Prezidentinin andiçmə mərasimi oldu

Özbəkistanda parlamentin hər iki palatasının birgə iclasında ölkənin köhnə - yeni Prezidenti Şavkat Mirziyoyevin andiçmə mərasimi keçirilib.
Mərasimdən əvvəl oktyabrda təsdiq edilmiş Özbəkistan Prezidentinin ştandartı və nişanı ilk dəfə Senatın zalına gətirilib.
Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev Ş.Mirziyoyevə Özbəkistan Prezidentinin yeni vəsiqəsini təqdim edib.
Ardından yenidən dövlət başçısı seçilmiş Mirziyoyev konstitusiyaya və "Quran”a əl basaraq and içib, respublikanın konstitusiyasına və qanunlarına ciddi əməl edəcəyinə, vətəndaşların hüquq və azadlıqlarına təminat verəcəyinə, üzərinə düşən işləri vicdanla yerinə yetirəcəyinə söz verib.
www.anews.az
























