• $
  • €
  • ₽
  • ₺
  • £

İraqın Baş nazirinin iqamətgahı dronla atəşə tutuldu

İraqın Baş nazirinin iqamətgahı dronla atəşə tutuldu
07.11.2021 09:15
İraqın Baş naziri Mustafa əl-Kazıminin iqamətgahı pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.

"Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində baş nazirin xəsarət almadığı bildirilir. Əl-Kazımi hücumdan sonra Tvitter səhifəsində açıqlama yayaraq "Hamını sakit olmağa çağırıram və soyuqqanlı olmağa davam edirəm” deyib. 
Məlumata görə, iraqlı Baş nazirin iqamətgahına silahlı dron hücum etdikdən sonra Yaşıl Zonada təhlükəsizlik tədbirləri gücləndirilib. 

Qeyd edək ki, Fəth Koalisiyası və şiə Həşdi Şabi tərəfdarları oktyabrın 10-da seçkinin nəticələrinə etiraz edərək Yaşıl Zona qarşısında oturaq aksiyanı davam etdirirlər. Noyabrın 5-i cümə günü nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində 1 nümayişçi həlak olub. Bundan sonra gərginlik artmış, hadisə yerinə gələn şiə milis qüvvələri Əsayib Əhlixalq Hərəkatının lideri Kays Hazali Kazimiyə qarşı təhdidlər ehtiva edən ifadələr işlədib. Hazali mərhum fəal üçün qurulan başsağlığı çadırından dünən verdiyi açıqlamada Kazıminin ünvanına yenidən təhdidlər işlədib.

Hazali ilə yanaşı, Fəth Koalisiyasının ıideri hadi Əmiri və şiə milis qüvvələri olan Əbu Əla əl-Vəlayi də Kazimini və hökuməti tənqid edib. Əmiri nümayişçinin öldürülməsinin cəzasız qalmayacağını bəyan etmişdi.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol