Bu gün Nikaraquada prezident və parlament seçkiləri keçiriləcək

Bu gün Nikaraquada keçiriləcək prezident və parlament seçkilərində iştirak etmək üçün 4,5 milyondan çox insan dəvət olunub.
"Report" TASS-a istinadən xəbər verir ki, onlar prezidenti və vitse-prezident, birpalatalı Milli Assambleyanı və Mərkəzi Amerika parlamentinin deputatlarını seçəcəklər.
Səsvermə yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 17:00) başlayacaq və koronavirusa yoluxma hallarının qarşısının alınması üçün tədbirlərə ciddi riayət olunmaqla keçiriləcək. Hakimiyyət xalqın iradə ifadəsinin təhlükəsizliyini təmin etmək üçün təxminən 15 min hərbçidən istifadə edəcək, səsvermələrin gedişini 200-dən çox xarici müşahidəçi izləyəcək.
Oktyabrın ortalarında keçirilən sorğuya əsasən, seçicilərin təxminən 75%-i beşinci müddətə namizədliyini irəli sürən hazırkı Prezident Daniel Orteqanı və onun namizədliyini irəli sürmüş Sandinist Milli Azadlıq Cəbhəsi Partiyasını dəstəkləmək niyyətindədir.
www.anews.az
























