• $
  • €
  • ₽
  • ₺
  • £

OECD: "Dünyada birbaşa xarici investisiyalar yarım ildə iki dəfə artıb"

OECD: "Dünyada birbaşa xarici investisiyalar yarım ildə iki dəfə artıb"
08.11.2021 20:30
Dünya boyu birbaşa xarici investisiyaların (Foreign Direct İnvestment - FDI) həcmi cari ilin birinci yarısında 2020-ci ilin ikinci yarısına nisbətən iki dəfədən çox artaraq 870 milyard ABŞ dollara çatıb.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hesabatına görə bu, pandemiyadan əvvəlki dövrünə, 2019-cu ilin yanvar-iyun aylarına nisbətən 43 % çoxdur.

O cümlədən OECD üzv ölkələrinə yatırılan sərmayələrin həcmi də cari ilin birinci yarısında ötən ilin ikinci yarısına nisbətən ikiqat artaraq 421 milyard ABŞ dollara, təşkilata üzv olmayan G20 ölkələrinə də 12 % artaraq 261 milyard ABŞ dolları təşkil edib.

2021-ci ilin birinci yarısında FDI-ın həcminə görə ölkələr arasında 177 milyard ABŞ dollarla Çin, 149 milyard ABŞ dollarla ABŞ, 46 milyard ABŞ dollarla Böyük Britaniya üstün mövqedədir. FDI-ın əsas mənbələri isə 231 milyard ABŞ  dollarla ABŞ, 88 milyard ABŞ dollarla Yaponiya, 63 milyard ABŞ dollarla Almaniya olub.

Hesabat dövründə inkişaf etmiş ölkələrdə birləşmə və alınma (M & A) ilə bağlı əməliyyatların da iki dəfədən çox artdığı, başa çatdırılan sövdələşmələrin isə 32 % artdığı qeyd olunur.

1961-ci ildə təsis edilən, qərargahı Parisdə yerləşən OECD dünyanın 37 inkişaf etmiş ölkəsini birləşdirir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol