• $
  • €
  • ₽
  • ₺
  • £

Fuad Muradov: "İl sonunadək 20-dən çox Azərbaycan evi istifadəyə veriləcək"

Fuad Muradov: "İl sonunadək 20-dən çox Azərbaycan evi istifadəyə veriləcək"
08.11.2021 21:15
"İl sonunadək müxtəlif ölkə və şəhərlərdə 20-dən çox Azərbaycan evini istifadəyə verməyə hazırlaşırıq”.

Bunu açıqlamasında ABŞ-da səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

Onun sözlərinə görə, yaxın günlərdə Londonda Azərbaycan evi açılacaq: "Biz bu istiqamətdə işləyirik. Almaniyada 3 Azərbaycan evi var. Çünki orada azərbaycanlıların sayı çoxdur. Yaxın günlərdə ərəb dövlətlərində də Azərbaycan evləri fəaliyyətə başlayacaq. Koordinasiya Şurasının fəaliyyəti nəticəsində və koordinatorlarımızın səyi ilə həmin ölkələrdə Azərbaycan evləri açılacaq".

F.Muradov bildirib ki, ABŞ-da Azərbaycan diasporu çox böyük işlər görür və bundan sonra da böyük işlər görəcək: Çünki bunun üçün bizim lazımi resurslarımız var. Elə səfər çərçivəsində ABŞ-ın 4 ştatının 5 şəhərində Azərbaycan icmasının nümayəndələri, eyni zamanda qardaş türk icmasının fəalları ilə görüşəcəyəm.
 
Artıq Azərbaycan və türk icmaları bərabər fəaliyyət göstərirlər. Sabah Nyu-Yorkda yenicə istifadəyə verilmiş Türk evində türk icmasının nümayəndələri ilə bir araya gələcəyik və Zəfər bayramını onlarla da qeyd edəcəyik. ABŞ-da tarixi qəbələmizin ildönümü ilə bağlı yaxın günlərdə çoxsaylı tədbirlərimiz var. Hyuston, Mayami və Vaşinqtonda Azərbaycan icması ilə görüşlərimiz olacaq".

"Artıq 2022-ci il üçün yol xəritəmiz hazırdır, fəaliyyət planı formalaşmaq üzrədir və yaxın günlərdə onun icrasına başlayacayıq", - deyə o vurğulayıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol