Saakaşvili xəstəxanaya yerləşdirildi - Yenilənib

Gürcüstanın 39 gündür aclıq elan edən eks-prezidenti Mixail Saakaşvili Rustavidəki 12 saylı həbsxanadan köçürülüb.
"Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında siyasətçinin anası Giuli Alasaniya bildirib. O qeyd edib ki, həbsxanaya oğluna baş çəkməyə gedərkən içəri buraxılmayıb. Məlum olub ki, Saakaşvili artıq həmin həbsxanada deyil.
"Pirveli” kanalının məlumatına görə, Saakaşvili helikopterlə Qori hərbi hospitalına aparılır.
***
Gürcüstanın Penitensiar Xidməti Saakaşvilinin hərbi hospitala köçürülməsi ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir:
"Məhkum Mixail Saakaşvilinin səhhətinin pisləşməməsi və səhhətinə təhlükənin artması ilə əlaqədar 12-ci cəzaçəkmə müəssisəsindən təqsirləndirilən və məhkum edilənlər üçün 18 saylı müalicə müəssisəsinə köçürülüb. İctimaiyyətə əlavə məlumat verəcəyik”.
www.anews.az
























