Putin və Baydenin görüş vaxtı AÇIQLANDI

Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Cozef Bayden 2022-ci ilin əvvəlində təkbətək görüşə bilər.
Bu barədə Moskva və Vaşinqton arasında aparılan danışıqlardan məlumatlı olan mənbələr m'lumat yayıb.
Mənbə iki liderin görüşünün vaxtını açıqlayıb: qeyd edilir ki, onlar 2021-ci ilin sonuna kimi videokonfrans formatında onlayn danışıq aparacaqlar, 2022-ci ildə isə şəxsən görəcəklər. Danışıqların gündəliyinin genişlənəcəyi güman edilir. Prezidentlərin ötən ilin iyununda Cenevrədə keçirilən sammitdə əldə olunmuş razılaşmaların icrasını müzakirə edəcəkləri güman olunur.
www.anews.az
























