420 qramlıq uşaq dünyaya gəldi -FOTO

ABŞ-ın Alabama ştatının Birmingem şəhərindəki Universitetin xəstəxanasında 21 həftəlik uşaq "dünyanın ən erkən doğulan və həyatda qalan uşağı" kimi Ginnesin "Rekordlar" kitabına düşüb.
2020-ci ilin iyul ayında doğulan Kertis Meansin çəkisi 420 qram olub. Uşağın sağ qalma ehtimalının 1 faizdən belə az olduğu bildirilsə də, o, müalicələrə cavab verib və həyatda qalmağı bacarıb.
www.anews.az
























