Almanların koronavirusa qarşı peyvəndin vurulmasına münasibəti necədir?

Almaniyada koronavirusa yoluxanların sayının artması, peyvəndin zəruriliyi ilə bağlı müzakirələr aparılıb. Araşdırma şirkəti olan "YouGov" tərəfindən keçirilən sorğuda məlum olub ki, əhalinin 44%-i peyvənd zərurətinin tərəfdarıdır. Bu barədə Almaniyanın dpa xəbər agentliyi məlumat verib.
Peyvəndə qarşı olan 27% əhali qeydə alınıb. COVID 19-a qarşı peyvəndə ötən ilin dekabrından başlanılıb. Həmin tarixlə müqayisədə peyvəndin zəruriliyini müdafiə edənlərin sayı artıb. Peyvənd əleyhinə olanlar 56%, peyvənd olunanlar isə 33% təşkil edir.
Bu günə olan statistikaya görə,Almaniyada ümumi yoluxanların sayı 4,908.540 milyon, ölüm halı isə 97,203-dür.
Tərcümə: Aytac Zeynalova
www.anews.az
























