Çexiya hökuməti buraxıldı

Çexiya Prezidenti Miloş Zeman ölkənin Baş naziri Andrey Babişin hökumətinin istefasını qəbul edib.
"Qafqazinfo” "Ria Novosti”yə istinadən xəbər verir ki, prezident kabinet üzvlərinə yeni hökumət təyin olunana qədər öz vəzifələrini yerinə yetirməyə davam etməyi tapşırıb.
Seçkilərdən sonra liderlər bu partiyalardan Pirat Partiyası və üçüncü yerdə gələn "Başlar və Müstəqillər" hərəkatından ibarət başqa bir liberal koalisiya ilə güclərini birləşdirdiklərini açıqlayıblar.
Praqada Mərkəzi Hərbi Xəstəxanada (CVH) müalicə olunan Çexiya Prezidenti Miloş Zeman çərşənbə axşamı Fialuya ölkə üçün yeni hökumət qurmağı tapşırıb.
www.anews.az
























