Bu ölkədə 2021-ci ildə 103 qadın öldürülüb

İtaliyada 2021-ci ilin 7 noyabrına kimi İtaliyada törədilən qətllərin 41,7% qadın qətllərinin payına düşür. Bu barədə İtaliya Daxili İşlər Nazirliyinin cinayət idarəsinin hazırladığı "qəsdən adam öldürmə” hesabatında bildirilir.
Hesabata görə, 2021-ci il noyabrın 7-ə kimi cəmi 247 qətl törədilib. Qadın qətlləri isə 103 nəfər təşkil edib.
Hesabatda ölkədə hər üç gündə bir qadının qətl səbəbindən öldüyü bildirilib. 103 qadın qətl hadisəsinin 87-si məişət zorakılığı nəticəsində baş verib.
Avropa Birliyində qadın qətllərinin tez-tez baş verdiyi ölkələrdən biri olan İtaliyada 2018-ci ildə 141, 2019-cu ildə 111, 2020-ci ildə isə 116 qadın qətlə yetirilib.
(BBC)
Ləman Qasımova
www.anews.az
























