Qəddafinin oğlu prezident olmaq üçün müraciət etdi

Liviyanın devrilmiş lideri Müəmmar Qəddafinin oğlu Seyfülislam Qəddafi prezident seçkilərində namizəd olmaq üçün müraciət edib.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, Səbha şəhərindəki seçki komissiyasına gedərək, namizədlik üçün sənədlərini təqdim edib.
S.Qəddafi Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən insanlıq əleyhinə cinayət törətmək ittihamı ilə axtarılır.
www.anews.az
























