Ermənistanın Baş Qərargah rəisinə qarşı ittiham irəli sürülüb

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyana qarşı ittiham irəli sürülüb.
Artak Davtyan ölkənin keçmiş müdafiə naziri David Tonoyan kimi yararsız aviasiya raketlərinin alınmasında ittiham olunur. Bununla belə, Davtyan barədə həbs qətimkan tədbiri hələ seçilməyib.
"Beləliklə, ölkə rəhbərliyi Davtyana qarşı ittiham irəli sürərək onu susmağa vadar etməyə və Azərbaycanla əldə edilmiş razılaşmalar ilə bağlı tapşırıqları sakitcə yerinə yetirməyə məcbur etmək istəyir”, - deyə məlumatda qeyd olunub.
www.anews.az
























