• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə gəncləri ABŞ-NATO ilə əməkdaşlığa meyllidir və çox qəzet oxuyurlar

Türkiyə gəncləri ABŞ-NATO ilə əməkdaşlığa meyllidir və çox qəzet oxuyurlar
18.11.2021 07:50
Türkiyədə  gənclər arasında sorğu keçirilib.

Fridrix Nauman Fondunun dəstəyi ilə İstanbul İqtisadiyyat Araşdırmaları təşkilatının hazırladığı "Türkiyənin Gələcəyinə Gənc Baxış” adlı sorğusu gənclərin siyasi meyllərindən onların gündəlik həyata baxışlarına qədər işıq salır. 


İşsizlik və maddi təminatın azlığı ailə münasibətlərinə təsir edir

Sorğuda iştirak edən gənclərin 36 faizi maddi çətinlikləri gündəlik həyatlarının bir hissəsi kimi qiymətləndirdilər. 18-30 yaşlı gənclər biznes qurmağı qarşılarına qoyulan məqsəd kimi görürlər. Gələcəkdə daha yaxşı bir cəmiyyətdə yaşamaq üçün digər ölkələrə getməyi düşünənlərin sayı 61% olduğu halda, "şəxsi inkişaf və investisiya”ya üstünlük verənlərin sayı 81 faiz təşkil edib.

İşsizlik və maddi təminatın azlığı məsələsinin də birbaşa ailə münasibətlərinə təsir etdiyi göstərilib. Hesabatda bildirilir ki, məişət zorakılığı ilə üzləşənlər əsasən  işlə təmin oluna bilməyənlər və ya iş axtarmaqdan imtina edənlərdir. 

Gündəm xəbərləri  sosial şəbəkələrdən izlənilir 
 
Sorğuda diqqət çəkən digər məsələlərdən biri də siyasət və gündəmi öyrənmək istəyən gənclərin ən çox harada vaxt keçirdikləri sualına verilən cavablardır. Yeniyetmələr gündəmi izləmək üçün vaxtlarının çox hissəsini  Instagram, WhatsApp, Twitter və Youtube-da keçirdiklərini bildiriblər. Instagramın  bütün sosial şəbəkələr arasında ən çox istifadə edilən  media platforması olduğu məlum olub. Nəticələrə görə isə, gənclərin gündəmi izləməyə ən az vaxt sərf etdiyi media vasitəsi qəzetlərdir. 

Gənclərin əksəriyyəti ABŞ-NATO və Avropa İttifaqı ilə beynəlxalq əməkdaşlıq etmək istəyir

Gənclərin beynəlxalq əməkdaşlığa baxışı da sorğunun nəticələri sırasındadır. Burada iştirak edən 18-30 yaş arası gənclərin bir qismi yaxın gələcəkdə ABŞ-NATO və Avropa İttifaqı ilə əməkdaşlığa müsbət baxır, böyük əksəriyyəti isə Yaxın Şərq, Rusiya və Çinlə əməkdaşlığı  mənfi hal kimi qiymətləndirir.


66% iştirakçı demokratiyaya üstünlük verir

Araşdırmada iştirak edən gənclər arasında həmçinin demokratiyaya tələb kifayət qədər güclüdür. Tədqiqatın nəticəsi onu göstərir ki, hazırkı prezidentlik sistemi Türkiyənin gələcəyə baxışı deyil. Çünki gənclərin 66 faizi iştirakçı demokratiyaya üstünlük verir.
Sorğuda iştirak edən gənclərin "Prezidentliyə səlahiyyətli orqanlar tərəfindən daha ciddi nəzarət edilməlidir” sualına 37 faiz "razıyam”, 31 faiz isə "tamamilə razıyam” cavabını verib.  Hesabatda həmçinin bildirilir ki, dindarlığın səviyyəsi azaldıqca, güclü və avtoritar liderliyə üstünlük verənlərin də nisbəti sürətlə azalır. 

Sorğuda 18-30 yaş arası üç min gənc iştirak edib.
 
Mənbə: BBC türkcə
Tərcümə: Fidan Salmanova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol