Koçaryan fraksiyasının üzvü həbs edilib

Ermənistan parlamentindəki müxalif "Hayastan” fraksiyasının üzvü, deputat Artur Sarkisyan həbs edilib.
www.anews.az
Anews.az xəbər verir ki, bunu fraksiyanın üzvü Aram Vardevanyan feysbuk səhifəsində yazıb.
A.Sarkisyan 2016-cə ildə Zəngəzur vilayətinin Sisian rayonunun başçısı işləyib. O, bu ilin iyulun 17-də Cinayət Məcəlləsinin vəzifədən sui-istifadə və səlahiyyət həddini aşmaq maddələri ittiham olunaraq həbs edilmişdi. A.Sarkisyan oktyabrın ortalarında 20 milyon dram (45 min dollar) girov qarşılığında zaminə buraxılmışdı və deputat kimi fəaliyyətini davam etdiriridi.
"Hayastan" ("Ermənistan") fraksiyasının rəhbəri keçmiş Prezident Robert Koçaryandır.
www.anews.az
























