Ermənistanda keçmiş mer yenidən həbs edildi

Ermənistanın Sisian icmasının keçmiş rəhbəri Artur Sarkisyan yenidən həbs edilib.
"Qafqazinfo” "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə İrəvanın Apellyasiya məhkəməsi qərar çıxarıb. Qərarı Sarkisyanın vəkili Emin Xaçatryan elan edib:
O, fövqəladə iclasın keçirilməsi barədə qərar qəbul edilməsini təklif edib. Belə olan halda müdafiə tərəfinin öz mövqeyini bildirmək imkanı olmadığı üzə çıxır.
Vəkil bildirib ki, məhkəmənin qərarını alan kimi, hökmən Kassasiya Məhkəməsinə şikayət verəcək. O, hesab edir ki, hakim Armen Danielyan cinayət qanunvericiliyinin bütün prinsip və normalarını pozub.
www.anews.az
























