Ermənistanda koronavirusdan ölənlərin sayı artıb

Ermənistanda daha 982 nəfərdə koronavirus aşkarlanıb.
www.anews.az
Anews.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Məlumata görə, Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 330 895 nəfərə yüksəlib.
Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 46 nəfər ölüb. Bununla da ölənlərin sayı 7 153-ə çatıb.
www.anews.az
























