Putin NATO-nu hədələdi

"NATO strateji bombardman təyyarələrinin Rusiya sərhədlərinin 20 kilometr yaxınlığında uçuş həyata keçirməsi icazə verilə biləcək bütün sərhədləri aşır”.
"Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bunu Putin Rusiya Xarici İşlər Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında çıxışı zamanı deyib.
"Təbii ki, tərəfdaşlarımız çox özünəməxsusdur, ən yüngül şəkildə desəm, xəbərdarlıqlarımızı səthi qəbul edirlər. Qərbli tərəfdaşlarımız Kiyevə öldürücü müasir silahlar təmin edərək, Qara dənizdə, üstəlik, sərhədlərimizin çox yaxınında təxribat xarakterli hərbi təlimlər həyata keçirərək, vəziyyəti gərginləşdirirlər.
İndi NATO-nun hərbi infrastrukturunun haraya gəldiyini görə bilirik: düz sərhədlərimizin yaxınlığına. Rumıniya və Polşaya isə raket müdafiə sistemləri yerləşdirilib. MK-41 sistemi çox asanlıqla Rusiyaya qarşı istifadə oluna bilər. Sistemin proqram təminatını bu şəkildə dəyişdirmək sadəcə bir neçə dəqiqə vaxt alar”.
"Təbii ki, biz NATO üzvlərinin Rusiya sərhədlərinin perimetri boyunca hərbi fəaliyyətinə reaksiya verəcəyik”.
www.anews.az
























