Saakaşvili aclıq aksiyasını nə zaman dayandıracaq?

Oktyabrın 1-dən aclıq aksiyasına başlayan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili həbsxanadan hərbi hospitala köçürüldükdən sonra aclıq aksiyasına son qoyacağına söz verib.
"Qafqazinfo” gürcü mediasına isitnadən xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze deyib.
"O, aclıq aksiyasını dayandıracağına və ölkədə aclıq aksiyası axınına son qoyulacağına söz verib. Qori xəstəxanası xəstənin tələb etdiyi bütün maddi-texniki baza ilə tam təchiz olunub”, - deyə nazir qeyd edib.
www.anews.az
























