Rusiya bu ölkə ilə 18 sənəd imzaladı

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla özbəkistanlı həmkarı Əbdüləziz Kamilov arasında telefon danışığı olub.
Tərəflər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Rusiyaya səfərinin yekunlarını müzakirə ediblər.
"Nazirlər Özbəkistan Prezidenti Mirziyoyevin səfər ərəfəsində Moskvaya səfəri zamanı əldə olunmuş razılaşmaların genişmiqyaslı xarakterini qeyd ediblər. Moskva və Daşkənd arasında xarici siyasət koordinasiyasının artırılması razılaşdırılıb”, - məlumatda bildirilib.
www.anews.az
























